Menu

Bakıda dilənçiliklə məşğul olan əcnəbilər saxlanılıb

31.05.2018, 11:32
Bakıda dilənçiliklə məşğul olan əcnəbilər saxlanılıb

Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 14-ü Pakistan, 7-si Türkiyə və 2-si Nigeriya və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 23 əcnəbi sax­­­la­nılıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, saxlanılmış Pakistan vətəndaşlarından 9 nəfərin ölkəmizin əra­zi­sin­də qanunsuz küçə ticarəti ilə məşğul olduğu və 1 nəfərin dilənçilik etdiyi məlum olub.

Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə olma və yaşama qay­da­larını poz­duqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən Nigeriya və Türkiyə vətəndaşlarının ölkəni tərk etmələri tə­min edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

Şərhlər

EWDER 2018-05-31 11:32:29

DAVAM ETDIRIRSE YAXWIDU.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol