Menu

Yəhudilərin müqəddəs ocağı yandırıldı

21.07.2014, 16:32
Yəhudilərin müqəddəs ocağı yandırıldı

Parisdə antiisrail nümayişçilərlə polislər arasında toqquşmalar olub

Fransanın paytaxtı Parisdə antiisrail nümayişçilər yəhudilərin dini ibadət ocağı olan sinaqoqlardan birini yuandırıb. ANS PRESS-in məlumatına görə, nümayişçilər şəhərin ən böyük sinaqoqunu isə mühasirəyə alıb.

“Yəhudilərin müdafiəsi liqası”nın 200 üzvü mühasirəyə alınmış sinaqoqu mühafizə edir. Hadisə yerinə xeyli sayda polis cəlb olunub. Polis “Ruj” küçəsindəki bütün mağazaların bağlanmasını tələb edib. Polislə nümayişçilər arasında toqquşmalar olub.

Qeyd edək ki, ötən həftədən Parisdə İsrailin Qəzzada keçirdiyi əməliyyatlara qarşı genişmiqyaslı aksiyalar keçirilir. Nümayişçilər hərbi əməliyyatların dayandırılmasını tələb edir. Aksiyaçılar mağazaların şüşələrini sındırıb, avtomobilləri, telefon köşklərini yandırıb. Toqquşmalar zamanı 14 polis yaralanıb, 38 nümayişçi isə saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol