Menu

Qazaxıstan - Azərbaycan matçının hakimləri açıqlanıb

31.05.2018, 16:10
Qazaxıstan - Azərbaycan matçının hakimləri açıqlanıb

Qazaxıstan və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri açıqlanıb.

"Report"un Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı moldovalı referi Aleksandr Tyan idarə edəcək. Ona həmyerlilərindən Andrey Bodyan və Viktor Mardari yan xətt, Dmitri Muntyan isə ehtiyat hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, iyunun 5-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol