«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) öz maraqlarını qorumaq üçün Amerika Birləşmiş Ştatlarının (ABŞ) polad və alüminiuma tətbiq etdiyi yeni rüsumlara bütün əlçatan alətlərlə (vasitələrlə) cavab verəcək.
Bu barədə Avropa Paprlamentinin başçısı Antonio Tayaninin «Tvitter»ində söhbət açılır.
«Mən, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından idxal olunan polad və alüminiuma tətbiq etdiyi yeni rüsumlardan xeyli məyusam. Biz, Avropalı fəhlələri və sənayeni dəstəkləyirik və öz maraqlarımızı qorumaq üçün əldə olan bütün alətlərin köməyi ilə buna cavab verəcəyik» - deyə, Tayani yazıb.


Şərhlər