Menu

Türkiyə İncirliyi ABŞ-ın üzünə bağlaya bilər - «Əgər ümid tükənərsə...»

01.06.2018, 00:12
Türkiyə İncirliyi ABŞ-ın üzünə bağlaya bilər - «Əgər ümid tükənərsə...»

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan edib ki, qeyri-döst siyasət yeritdiyinə görə, Ankara İncirlik aviabazasını Amerika Birləşmiş Ştatlarının (ABŞ) üzünə bağlaya bilər.

«Biz, can atırıq ki, ABŞ-la münasibətləri tənzimləyək və onlar normallaşsın. ABŞ da Mənbic, Gülənin təhvil verilməsi mövzularında addımlar atmalıdır, digər problemlər də var. Bu barədə söhbət düşərkən, bizim xalqımız deyir: «İncirlik, Kürəcik bazalarını bağlayın». Bizim əlimizdə başqa kozırlar da var. ABŞ Türkiyə kimi bir müttəfiqi itirməməlidir. Gözləyirik ki, ABŞ özünün səhv addımlarından imtina etsin» - deyə, Çavuşlğdu «A Haber» telekanalına müsahibəsində bəyan edib.

O, qeyd edib ki, Türkiyə Mənbic problemini ABŞ-la razılaşdırılmış «yol xəritəsi»nin köməyi ilə həll etməyə ümidlidir.

«Ancaq, əgər ümid tükənərsə, o zaman Türkiyə öz gücünü göstərə bilər. Biz, azad ölkəyik - bu və ya digər addımı öz mülahizələrimiz əsasında atırıq» - deyə, nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol