«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın prezidenti Emmanuel Makron bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən polad və alüminium idxalına tətbiq edilən yeni rüsumları qeyri-qanunidir. Bu barədə «BFM TV» telekanalı xəbər verib.
Cümə axşamı məlum olub ki, Birləşmiş Ştatlar ölkəyə gətirilən polad və alüminium üçün yeni idxal rüsumu tətbiq edir. Bu barədə Donald Trampın imzaladığı bəyanatda bildirilir. Sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Avropa İttifaqı isə iyunun 1-dən Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində rüsumların əleyhinə hüquqi prosedur başladacaq.


Şərhlər