Menu

Pompeo Kim Çen Inın Trampa göndərdiyi məktubdan danışıb

01.06.2018, 09:54
Pompeo Kim Çen Inın Trampa göndərdiyi məktubdan danışıb

KXDR-in nümayəndə heyəti ABŞ prezidenti Donald Trampa ölkələrinin lideri Kim Çen Inın məktubunu təqdim etmək niyyətindədir.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

“Sədr müavini Kim Yon Çxol Kim Çen Inın şəxsən yazdığı məktubu prezident Donald Trampa təqdim etmək üçün Vaşinqtona səfər edəcək”, - deyə Pompeo bildirib.

Pompeo iyunun 12-nə planlaşdırılmış ABŞ-KXDR danışıqlarını sülh və rifah üçün tarixi imkan adlandırıb: “Bu imkan əldən buraxılsa faciə olar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol