Menu

"Bu ilin yay aylarında anomal istilər gözlənilir" - Umayra Tağıyeva

01.06.2018, 12:14
"Bu ilin yay aylarında anomal istilər gözlənilir" - Umayra Tağıyeva

"Ötən illərdə olduğu kimi, 2018-ci ilin yay aylarında anomal istilər gözlənilir".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a deyib.

O bildirib ki, bu yay anomal istilərin uzunmüddətli olacağı gözlənilir: "Havanın temperaturunun normadan 5-6 dərəcə çox olduğu günlər olacaq".

U.Tağıyeva qeyd edib ki, yayda müşahidə olunan anomal istilər insan səhhətinə mənfi təsir edir: "Bu səbəbdən də, uzun müddət çöldə qalmaq məsləhət deyil. Saat 11-dən saat 17:00-dək günəş şüalarının birbaşa təsiri altında olmaq insanlar üçün təhlükəlidir".

Şərhlər

Realist 2018-06-01 12:14:31

Bu məlumatları nənəm də bilir, amma nə yazıq ki, onu ETSN-də elm sektoruna müdir vəzifəsinə götürmürlər. Görəsən Ümayra xanım hansı elmi kəşflərinə görə bu vəzifəyə təyin olunub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol