Menu

Tbilisidə aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar

01.06.2018, 20:21
Tbilisidə aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar

Tbilisidə Gürcüstan hökumətinin istefasını tələb edən aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu gün keçirilən aksiyada 300-dən insan iştirak edib.

Onlar parlament binasının qarşısındakı yola toplaşaraq avtomobillərin hərəkətinə mane olublar.

Aksiya iştirakcıları ölkədə qanunun aliliyinin bərqərar olmasını tələb edirlər, bundan başqa hər hansı bir siyasi bəyanat səsləndirilmir. Lakin aksiya iştirakçilarının hökumətin istefası tələbi qüvvədə qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol