«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov xəbər verib ki, Rusiya prezidenti yaxın vaxtlarda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüşə bilər.
«Bəli, gerçəkdən də belə görüş baş tuta bilər, onun modallığı və vaxtı diplomatik kanallarla razılaşdırılacaq» - deyə, Peskov əlavə edib.
«Dialoq Pekində baş tuta bilərmi?» - istiqamətverici suala Peskov mənfi cavab verib.
Bundan əvvəl Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsi sədrinin birinci müavini Vladimir Cabarov belə bir fikir səsləndirib ki, lki ölkənin liderləri Şərq iqtisadi Forumu çərçivəsində görüşə bilərlər. Tədbir 11-13 sentyabr tarixlərində Vladivostokda keçiriləcək.

Şərhlər