«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeyri-infeksion xəstəliklər üzrə yüksək səviyyəli komisiyası qeyri-infeksion xəstəliklərlə mübarizənin siyasi müstəvidə səviyyəsini qaldırmağa və epidemiyalarla mübarizə üzrə tədbirlərin miqyasını təcili genişləndirməyə çağırıb. Bu barədə komisiyanın hesabatında söhbət açılır.
«Dövlət və hökumət başçıları qeyri-infeksion xəstəliklər sferasında cavabdehlik daşımalıdırlar, nəinki təkcə səhiyyə nazirləri səviyyəsində təmsil olunmaqla kifayətlənməlidilər. Nədən ki, bu mübarizə üçün kollektiv iş və bir çox sektorlar üzrə əməkdaşlıq tələb olunur» - hesabatda belə deyilir.
Hesabata görə, «hökumətlər və beynəlxalq birlik qeyri-infeksion və psixi xəstəliklərə yönəlik fəaliyyətin maliyyələşdirilməsi üçün yeni iqtisadi paradiqma işləyib hazırlamalıdırlar».
Komisiya həm də ölkələrin hakimiyyətlərini qeyri-infeksion xəstəliklərlə mübarizədə özəl sektorla, elmi dairələrlə, vətəndaş cəmiyyətləri və icmalarla fəaliyyəti qarşılıqlı effektli şəkildə tənzimləməyə çağırıb.
ÜST-nın məlumatına görə, qeyri-infeksion xəstəliklərin qurbanları, onların sırasında diabet, respirator və ürək-damar xəstəliklərinin qurbanları hər il 41 milyon nəfər təşkil edir ki, bu da dünyadakı ölüm hallarının 71,0 faizini təşkil edir.
Hesabatda əsas diqqət piylənmə və psixi pozğunluq kimi artan xəstəliklərə yönəldilir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin (BM) 27 sentyabr tarixində keçiriləcək iclasında komisiyanın sözügedən hesabatına baxılacaq.


Şərhlər