"Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir."
Trend-in məlumatına görə, bunu Bakıda indoneziyalı jurnalistlərlə görüşü zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.
Ə.Həsənov həmçinin bildirib ki, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur:
“Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”.
Prezidentin köməkçisinin sözlərinə görə, bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birlərinin işinə müdaxilə etmir.
Ə.Həsənov əlavə edib ki, Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir:
“Biz kiminsə orucluq kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”.


Şərhlər
Bu yaziq onu nece ve niye bilsin?
Axır ki,azan qadagasının sirri açıldı.Demə,bu qadaga başqa dinlərə mane olmamaq uçun imiş.
Bir ölkədəki ki, dinin başında ... durur...
Birinci dəfədir ki mən Əli Həsənovla 100% razıyam