Menu

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə mədəniyyət naziri təyin edilib

02.06.2018, 14:50
Səudiyyə Ərəbistanı tarixində ilk dəfə mədəniyyət naziri təyin edilib

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə ölkəyə mədəniyyət naziri təyin edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı kral Salman bin-Əbdüləziz əl-Səud uyğun fərman imzalayıb.

O, ilk mədəniyyət naziri vəzifəsinə Səudiyyə şahzadəsi Bədr bin-Abdullah bin-Farxan əl-Səudu təyin edib.

Monarx Səudiyyə Ərəbistanının mədəniyyətinin inkişafına cavabdeh olacaq müstəqil nazirliyin yaradılması haqqında göstəriş verib. Əvvəllər bu sahəyə Krallığın İnformasiya və Mədəniyyət Nazirliyi nəzarət edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol