Menu

“Qarabağ” klubu ilk transferini rəsmiləşdirib

02.06.2018, 15:16
“Qarabağ” klubu ilk transferini rəsmiləşdirib

“Qarabağ” klubu 2018/19-cü illər mövsümü üçün heyətini gücləndirməyə start verib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi xorvatiyalı futbolçu Filip Ozobiçi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Filip Ozobiç son olaraq "Qəbələ" klubunda çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol