«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniya Sosialist-fəhlə partiyasının (İSFP) lideri Pedro Sançes ölkənin Baş naziri vəzifəsinin icrasına başlayıb. O, Sarsuel kral sarayında and içib.
«Ölkə hökumətinin sədri vəzifəsini vicdanla və doğruluqla, krala sədaqətlə icra edəcəm, dövlətin əsas qanunu kimi, konstitusiyaya əməl edəcəm və əməl edilməsini təmin edəcəm, nazirlər Şurasındakı müzakirələrin sirlərini qoruyacam» - deyə, əlini konstitusiyaya qoyan Sançes bəyan edib.
Sançes İspaniyanın ilk Baş naziridir ki, nə İncilə, nə də xaça and içməyib - o, ateisdir.
Onun andını dövlətin başçısı, kral 4-cü Filipe qəbul edib. Andiçmə mərasimində sabiq Baş nazir Mariano Raxoy, parlamentin spikeri Ana Pastor, Senatın sədri Pio Qarsiya Eskudero, ədliyyə naziri əvəzi Rafael Katala və ölkənin yüksək məhkəmə orqanlarının başçıları iştirak ediblər.
Sançesi ilk olaraq sələfi Raxoy təbrik edib və əlini sıxıb: «Uğurlar...»


Şərhlər