Menu

NATO 30 minlik ehtiyat qüvvə yaratmağı planlayır! - «Rusiyanın hücumu»na qarşı...

04.06.2018, 00:22

nato_soldiers_091113«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO «Rusiyanın hücum ehtimalı»na qarşı öz hazırlığını yüksəltmək niyyətindədir. Alaynsın yüksək çinli diplomatlarına istinadla, bu barədə «Die Welt » qəzeti yazıb.

Belə ki, alyans bir neçə üzv dövlələ təmsil olunacaq 30 min nəfərlik operativ ehtiyat yaratmağa hazırlaşır. Yaradılacaq ehtiyat qüvvənin sərəncamına bir neçə yüz qırıcı təyyarə və gəmi veriləcək.

Xəbərdə deyilir ki, ehtiyat birləşmələr NATO-nun «Response Force» qüvvələrinə əlavə olacaq. Mövcud olan həmin qüvvə 20 min hərbçini əhatə edir. Yaradılacaq ehtiyatın döyüşə hazırlıq vəziyyətinə gətirilməsi müddəti 30 gün olacaq.

Məlumatda dəqiqləşdirilir ki, yeni birləşmələrin təsis olunması təşəbbüsünü Amerika Birləşmiş Ştatları (ABŞ) irəli sürüb. Burada aparıcı rolu Almaniya oynayacaq.

Qəzetin məlumatına görə, müdafiə nazirləri bu planı gələn həftə Brüsseldəki görüş zamanı müzakirə edəcəklər. İyulun ortalarında isə alyans ölkələrinin liderləri siyasi bəyannamə qəbul edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol