Menu

ÜTT üzvləri yeni apellyasiya mexanizmi yaratmağı təklif edir - ABŞ-ın mövqeyini nəzərə almayan...

04.06.2018, 18:04
ÜTT  üzvləri yeni apellyasiya mexanizmi yaratmağı təklif edir - ABŞ-ın mövqeyini nəzərə almayan...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bir sıra üzv ölkələri ticarət mübahisələri üzrə yeni apellyasiya mexanizmi yaratmağı təklif edirlər. Yeni mexanizm Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən təşkilatın apellyasiya qərarlarını bloklamaqla, digər ölkələiin mövqeyinə zərər vurmaq imkanlarını aradan qaldırmalıdır. Bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin jurnalistlərə məlumat verib. Nazir bu ərəfədə ÜTT ölkələri ticarət nazirlərinin Parisdə keçirilən görüşündə iştirak edib.

Onun sözlərinə görə, hal-hazırda təşkilat ABŞ-ın mövqeynə görə, qərar qəbul edə bilmir - qərarlar ABŞ tərəfindən bloklanır və 7 nəfərdən ibarət apellyasiya komisiyasının normal fəaliyyətinə imkan vermir.

«Kosmisiyanın 7 üzvündən indi cəmi 3-ü qalıb və yeni üzvlər təyin olunmur, 3-ü isə mübahisələrə baxmaq üçün minimal saydır. Artıq 2019-cu ildə elə situasiya yarana bilər ki, bu mexanizm işlək olmasın» - deyə, Oreşkin bildirib.

«Söhət açdıqlarımızdan çıxış edərək, təklif olunur ki, ABŞ-n mövqeyini nəzərə almayan yeni mexanizm yaradılsın. Bu, komisiyanın müzakirəsinə çıxarılan mübahisələrin həllinə imkan verər. Bunun üzərində işləyəcəyik» - deyə, rusiyalı nazir bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol