Menu

Xankəndində yenidən etiraz aksiyası başladı - “Biz belə yaşamaqdan bezmişik”

04.06.2018, 18:20
Xankəndində yenidən etiraz aksiyası başladı - “Biz belə yaşamaqdan bezmişik”

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində etiraz aksiyaları davam edir.“Report” “Azatutuyun”a istinadən xəbər verir ki, piket iştirakçıları Dağlıq Qarabağdakı separatçı rejimin güc strukturlarının “istefası"nı tələb edirlər.

“Biz belə həyatdan, belə yaşamaqdan bezmişik”, - aksiya iştirakçıları bildiriblər.

Qeyd edək ki, iyunun 2-də Xankəndində Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava olub. Hadisə ilə əlaqədar 15 nəfər tutulub. Hadisənin məişət zəminində baş verdiyi bildirilir və Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırılması tələb olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol