«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İordaniyanın Baş naziri Hani əl-Mülki kral 2-ci Abdullahla görüşün gedişi zamanı istefa verib.
Özəl mənbələrinə istinadla, bu barədə xəbəri bazar ertəsi «Əl-Cəzirə» telekanalı yayıb.
Onun istefası qiymətlərin qalxması və gəlir vergisi islahatlarına kütləvi etirazlar fonunda baş verib. Etirazçılar hesab edirlər ki, ölkədə həyata keçirilən vergi islahatları kasıb əhaliyə və orta sinifə neqativ təsir göstərəcək (BBCNews).
«Əl-Cəzirə»nin mənbələri qeyd edirlər ki, Baş nazirin istefası barədə qərar ölkəni bürümüş etiraz dalğasını səngitmək məqsədilə qəbul olunub.


Şərhlər