Menu

"Türkiyə Kandildə hər an əməliyyata başlaya bilər" - Baş nazirin müavini

04.06.2018, 21:17
"Türkiyə Kandildə hər an əməliyyata başlaya bilər" - Baş nazirin müavini

"Türkiyə Kandildə hər an əməliyyatlara başlaya bilər".

"Report" "Haberturk"ə istinadla xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri terrorçuluğa qarşı mübarizə aparmaq üçün İraqın şimalındadır: "Türkiyə Silahlı Qüvvələri Kandil və İraqın şimalından terrorçuların Türkiyə ərazisinə daxil olmasının qarşısını almaq üçün oradadır. Kandilin terrorun mərkəzi olduğunu bilməyən yoxdur. Biz İraqın şimalında da terrorçuların sığınacağına girməyə davam edirik. Türkiyə Kandildə dəfələrlə hərbi əməliyyatlar keçirib. Bundan sonra da hər şey ola bilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol