Menu

Qvatemalada vulkan püskürüb - 38 nəfər həlak olub!

04.06.2018, 21:40
Qvatemalada vulkan püskürüb  - 38 nəfər həlak olub!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində 38 nəfər həlak olub. Təbii fəlakətlərin nəticələrinin aşağı salınması üzrə Milli xidmətin başçısı Serxio Kabanyasın bəyanatına istinadla, bu barədə xəbəri «Röyter» agentliyi yayıb. Yerli KİV-lər isə 56 nəfərin həlak olduğunu xəbər verirlər.

Amerika Birləşmiş Şştatları (ABŞ) Geoloji xidmətinin məlumatına görə, Qvatemalanın Sakit okean sahillərində maqnitudası 5,2 olan zəlzələ baş verib. Yeraltı təkanların episentri Çamperiko şəhərinin cənub-qərbinin 105 kilometrliyində yerləşib, onun ocağı 10 kilometrlərlə dərində olub.

Fueqo vulkanı bazar günü püskürüb. Təbii fəlakət 2 milyondan artıq insana təsir göstərib. Dörd yaşayış məntəqəsi ciddi zərər görüb. Hakimiyyət 3 min nəfəri təxliyyə edib.

Vulkanın indiki püskürməsi son illərdə baş vermiş püskürmələrin ən güclüsü sayılır. Fuqonun aktivləşməsinə görə, Qvatemalanın paytaxtı Auroranın beynəlxalq aeroportu bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol