Menu

İsrail prezidenti fələstinli həmkarını Ramazan münasibəti ilə təbrik edib

04.06.2018, 23:06
İsrail prezidenti fələstinli həmkarını Ramazan münasibəti ilə təbrik edib

İsrail prezidenti Reuven Rivlin Fələstin lideri Mahmud Abbası müsəlmanların müqəddəs ayı olan Ramazanın gəlişi münasibəti ilə təbrik edib. Rivlin Abbasa Qəzza zolağında fələstinlilərin ölümü ilə nəticələnən hadisələr fonunda zəng edib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə Fələstinin VAFA agentliyi məlumat yayıb.

"Fələstin dövlətinin rəhbəri Mahmud Abbas bazar günü İsrail prezidenti Reuven Rivlindən telefon zəngi qəbul edib. Söhbət zamanı qarşı tərəf onu Ramazan ayının gəlişi və sağalması münasibəti ilə təbrik edib", - deyə məlumatda qeyd olunur.

Həmçinin Abbasın Rivlinə zəngə görə təşəkkür etdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol