Menu

Akif Əlizadə yenidən AMEA prezidenti olacaq

05.06.2018, 10:18
Akif Əlizadə yenidən AMEA prezidenti olacaq

"Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz iyunun 8-də keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçkilərində Akif Əlizadəyə tam dəstək verəcək".

Bunu Trend-ə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın prezidenti seçkilərində hazırkı prezident Akif Əlizadədən başqa namizədlərin irəli sürülüb-sürülməyəcəyinə münasibət bildərərkən deyib.

İ.Həbibbəylinin sözlərinə görə, akademik A.Əlizadə ötən 5 il ərzində AMEA-ya uğurla rəhbərlik edib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, A.Əlizadə Akademiyanı durğunluq dövründən çıxararaq onu islahatlar mərhələsinə çatdırıb, onun rəhbərliyi ilə elmin fundamental və tətbiqi sahələri genişləndirilib, inkişaf edib:

“Mən Akademiyanın üzvü olaraq, yalnız Akif Əlizadənin namizədliyi haqqında düşünürəm. Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz də Akif Əlizadəyə növbəti seçkilərdə tam dəstək verəcək. İnanıram ki, AMEA-nın digər üzvləri də Akademiyanın növbəti 5 il ərzində Akif Əlizadənin rəhbərliyi altında inkişaf etməsini istəyirlər”.

Qeyd edək ki, iyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri yenidən seçiləcək.

Şərhlər

İ.İmamov 2018-06-05 10:18:03

Dünya Şöhrətli Akademik Əli Abbasovu heç olmasa Akademiyanın müavin vəzifəsində görmək istərdim,çünki o dövlətçiliyimizi, xalqımızı və cənab Prezidentimizi öz xidmətləri ilə qəlbən sevən dəyərli ziyalılarımızdan biridir. Ulu Tanrı hər daim Əli müəllimin yardımçısı olsun. Amin !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol