Menu

Türkiyədə əməliyyatlar yenidən başladı - Həbs olunanlar var

22.07.2014, 09:46
Türkiyədə əməliyyatlar yenidən başladı - Həbs olunanlar var

İstanbul polisi bu gecə 200-ə yaxın ünvanda əməliyyatlar aparıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatlar cinayət işlətmək məqsədi ilə dəstə yaratmaq, qanunsuz dinləmə həyata keçirməkdə şübhəli bilinən şəxslərə qarşı olub. Məlumata görə bir neçə polis əməkdaşı da saxlanılıb. Həbs edilənlər arasında İstanbul Terrorla Mübarizə İdarəsinin keçmiş rəisi Ömər Köse də var.

Türkiyə mətbuatı yazır ki, tutulan şəxslərin ötən ilin dekabr ayında böyük rüşvət və korrupsiya əməliyyatlarını həyata keçirməkdə əli olması iddia edilir. Onların Türkiyədə “paralel dövlət”in tərkib hissələrindən biri olduqları güman edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol