Menu

Deputat kəndlərə verilən bəzi adlara etiraz edib

05.06.2018, 15:19
Deputat kəndlərə verilən bəzi adlara etiraz edib

Azərbaycan Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı deputat Tahir Rzayev bir sıra adlara iradını bildirib.

“Report”un xəbərinə görə, deputat deyib ki, layihədəki Astara rayonunun Qamışkovka kəndinin Qamışoba, Şəmkir rayonunun Qasım İsmayılov kəndinin Ağlavaşlı, Xızı rayonunun Şuraabad kəndinin Şorabad adlandırılması anlaşılan deyil: “Bu adları başa düşmək olmur. Qazax rayonunun Kommuna kəndinin Bala Çaylı, Göygöl rayonunun Mixayılovla kəndinin Bənövşəli, Xaçmaz rayonunun Krasnı Xutor kəndinin Şıxlı kəndi adlandırılması çox yaxşıdır. Bəzi adlar da var ki, digər ərazilər də var. Məsələn, Goranboy rayonunun Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılır. Bu adda kənd Ağcabədidə də var. Bu məsələlərə diqqət edilərsə, yaxşı olar”.

Milli Məclisin Toponomiya Komissiyasının sədri İsa Həbibbəyli isə deputata cavab olaraq deyib ki, həmin adlar toponimlərə əsaslanır.

Şərhlər

yusif 2018-06-05 15:19:57

böyük çoxunluğu düzgündür bu dəyişikliklərin..amma Gürcüvan adını dəyişmək düz deyil..bu ad ideolji, kolonial ad deyil və gürcülərlə olabilin heç bir bağlılığı da yoxdur. gürcü sözü Georgi (yunanca əkinçi demək olan),çar adıdır: gürcülər kimi tanıdığımız millətin çoxunluğu özlərinə kartuli, kartveli deyirlər (qartal zoonimi ilə bağlılıq gözə çarpandır).ivan adısa yəhudi yohannes aının slav variantıdır.Kamışovka sa Qamışoba deyil, Qamışova olmalıdır..oba və ova tam başqa şeylərdir. ova - çay, dənizdüzənlyi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol