Menu

"Təyin olunan vəkil indiyə qədər 3 dəfə keçmiş icra başçısı ilə görüşüb" - Vəkillər Kollegiyası

05.06.2018, 15:56
"Təyin olunan vəkil indiyə qədər 3 dəfə keçmiş icra başçısı ilə görüşüb" - Vəkillər Kollegiyası

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun vəkillə təmin edilməməsi ilə bağlı iddialara münasibət bildirib.

Kollegiyadan "Report"a verilən məlumata görə, bəzi mətbuat orqanlarında barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham irəli sürülən və hazırda həbsdə saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ona müdafiəçi kimi təyin olunmuş vəkili ilə heç vaxt görüşmədiyi, habelə Rüstəmovun yaxın qohumlarının vəkillə ünsiyyət hüququnun təmin edilmədiyi barədə məlumatlar yayılıb.

"Vətəndaş Saleh Rüstəmova onun iddialarının əksinə olaraq, mayın 10-da müdafiəçi qismində Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova təyin olunub, həmin ayın 15, 17 və 24-ü tarixlərində isə vəkili ilə Saleh Rüstəmovun görüşü olub.

Kollegiya bəzi kütləvi informasiya vasitələrində yoxlanılmamış, təhrif olunmuş və ictimaiyyətin çaşdırılmasına yönəlmiş bu kimi məlumatların yayılması hallarına təəssüf edir və KİV nümayəndələrinə belə hallarda Kollegiyanın Mətbuat xidmətinə müraciət etmələrini tövsiyə edir", -deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol