Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.
"Report" "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər layihəsinə istinadən xəbər verir ki, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.
Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.


Şərhlər
Niye?beyem gelirlerimiz o qederartib?bu yaxinlarda ele burda oxumuwdumki ,orta ayliq emek haqlari 3,5%artib..bes niye 38?belke tarif wurasi aradaki noqteni gormeyib?
Iqtisadiyyat öldükcə cərimələr və bahalaşma tüğyan edir.Büdcə talandıqca yerini doldurmaq üçün Saltıkov_Şedrinin qəhrəmanları kimi bircə o qalıb ki,bıçaqla əzalarımızı deşmək kimi iyrənc üsullara əl atılsın.Uyğun olmayan ixtisas adamlarını vəzifəyə təyin etməklə bundan da pis günlərin şahidləri olacağıq..