Menu

ABŞ Rusiyaya görə Türkiyəni “F-35” layihəsindən kənarlaşdırmağa hazırdır

05.06.2018, 21:31
ABŞ Rusiyaya görə Türkiyəni “F-35” layihəsindən kənarlaşdırmağa hazırdır

Türkiyənin Rusiya istehsalı olan “Su-57” tipli qırıcı təyyarələr və digər yüksək texnologiyalı silahlar əldə etmək planı Ankaranın ABŞ-ın beşinci nəsil “F-35” tipli təyyarə layihəsində iştirakını təhlükə altına qoyur.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın Rusiyadan “S-400” kompleksləri almasına görə ABŞ-ın “F-35” tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsi “Su-57” qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol