Menu

Nazarbayevin qızı «Asiya şengeni» yaratmağı təklif edib - Özbəkistana

06.06.2018, 00:12
Nazarbayevin qızı «Asiya şengeni» yaratmağı təklif edib  - Özbəkistana

«AzPolitika.info»-nun Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, Qazaxıstan senatının (parlamentin yuxarı palatası) müdafiə, təhlükəsizlik və beynəlxalq münasibətlər Komitəsinin sədri Darigə Nazarbayeva xaricdən turistləri cəlb etmək üçün Özbəkistana «şengen» Silk viza-nın Asiya variantını yaratmağı təklif edib. Bu barədə palatanın mətbuat xidməti xəbər verib.

Nazarbayeva bu təkliflə Özbəkistan senatının beynəlxalq münasibətlər, xarici-iqtisadi əlaqələr, xarici investisiyalar və turizm Komitəsinin deputatları ilə cənubi Qazaxıstanın Sarıağac şəhərində keçirilən görüşü zamanı çıxış edib.

Qazaxıstan və Özbəkistan senatorları gömrük tənzimləmələrinin təkmilləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və turizm sahəsində əməkdaşlığın fəallaşdırılması təklifi ilə çıxış ediblər.

«Vacibdir ki, Qazaxıstanda və Özbəkistanda təkcə turizmi inkişaf etdirmək yox, həm də bizim ölkələrimizə uzaq xaricdən turistlərin cəlb olunmasını stimullaşdıraq - onlar Mərkəzi Asiyanın görməli yerlərini bir gəlişlə gəzmək istəyirlər. Bunun üçün ümumi viza məkanı yaratmaq lazımdır» - deyə, mətbuat xidməti Nazarbayevadan sitat gətirir.

Pres-relizdə deyilir ki, senator «Asiya «şengen»i Silk viza» təklif edib. O, həm də infomasiyalaşdırma mexanizmlərindən istifadə etməklə, gömrük posedurlarının unifikasiya olunması təklifi ilə çıxış edib.

«Şəffaf, açıq və dost sərhədlər yaratmaq vacibdir. O zaman bütün sferalar üzrə münasibətlər öz-özünə düzənlənəcək» - Nazarbayeva hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol