Menu

Seysmoloji Xidmət Mərkəzi Zaqatalada zəlzələ ilə əlaqədar tədqiqat aparacaq

06.06.2018, 09:20
Seysmoloji Xidmət Mərkəzi Zaqatalada zəlzələ ilə əlaqədar tədqiqat aparacaq

Zaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları əraziyə yollanıb.

Bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib.

Q. Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq: "Hazırda əraziyə gedirik. Zəlzələ ocağında prosesin necə getdiyi araşdırılacaq. Bu işlərdən sonra zəlzələnin baş vermə səbəbləri və gərginliyin artma ehtimalının olub-olmadığı ilə bağlı ictimaiyyətə dəqiq məlumat veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol