Menu

"Zəlzələ güclü olduğundan avterşoklar davam edəcək" - Seysmoloji Mərkəz

06.06.2018, 09:44
"Zəlzələ güclü olduğundan avterşoklar davam edəcək" - Seysmoloji Mərkəz

"Zaqatalada baş verən zəlzələdən sonra indiyədək 7 avterşok qeydə alınıb".

Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.

Xatırladaq ki, 2012-ci ildə Zaqatalada güclü zəlzələ baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol