Ukraynanın şərqindəki separatçı Donetsk respublikasında fəaliyyət göstərən məşhur "Sparta" hərbi birləşməsinin komandiri Vladimir Joqa reanimasiyaya yerləşdirilib. Separatçı rejimin sözçüsü bildirib ki, "Voxa" ləqəbli V.Joqa avtomobil qəzası nəticəsində ağır yaralanıb və hazırda vəziyyəti kritik qiymətləndirilir.
"AzPolitika.info" xatırladır ki, sözügedən şəxsin rəhbərlik etdiyi "Sparta" adlı batalyon hələ 2014-cü ildə yaradılıb. Bu qruplaşma Rusiyanın dəstəyilə Slavyansk və Donetsk uğrunda döyüşlərdə aktiv iştirak edib və ukraynalı hərbçilərə qarşı qəddarlığı ilə xüsusi seçilib. Digər maraqlı məqam odur ki, V.Joqadan əvvəl bu batalyonun ilk komandiri "Motorola" ləqəbli məşhur separatçı Arsen Pavlov olub. Onu isə 2016-cı ilin oktyabrında yaşadığı binanın liftində partladıblar. Separatçı rejimin rəhbərliyi həmin vaxt bu sui-qəsdin Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini iddia etmişdi.
AzPolitika.info


Şərhlər