Menu

Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb

06.06.2018, 21:12
Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb

Rusiyanın "Rostov" klubu əslən azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə imzalayıb.

"Report"un klubun saytına istinadla verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi 4 illik sözləşməyə qol çəkib.

Qeyd edək ki, Ayaz Quliyev 2017/2018 mövsümündə icarə əsasında "Rostov"da çıxış edib. O, müqavilə ilə "Spartak" klubuna məxsus idi. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının heyətində 17 oyun keçirib və 3 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol