Menu

Klublarımızın müfakatı müəyyənləşdi - UEFA təsdiqlədi

06.06.2018, 21:27

A UEFA logo is seen with Geneva Lake andUEFA 2018/19 mövsümü üçün avrokubokların büdcəsini təsdiq edib.

Qol.az-ın xəbərinə görə, bununla da Azərbaycan klublarının da qazanacağı məbləğ müəyyənləşib.

“Qarabağ”

Qitə futbol qurumunun saytı yazır ki, Çempionlar Liqasında pul mükafatları aşağıdakı kimi olacaq:

İlkin mərhələdə iştirak üçün - 230 min avro

Birinci mərhələdə iştirak üçün - 280 min avro

İkinci mərhələdə iştirak üçün - 380 min avro

Üçüncü mərhələdə iştirak üçün - 480 min avro

Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 5 milyon avro

Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma ÇL-in qrupuna düşən komandaların hər birinə 15,25 milyon avro veriləcək.

Qrupda qələbə üçün – 2,7 milyon avro

Heç-heçə üçün – 900 min avro

1/8 finala çıxdığı üçün – 9,5 milyon avro

1/4 finala çıxdığı üçün – 10,5 milyon avro

1/2 finala çıxdığı üçün – 12 milyon avro

Finala çıxdığı üçün – 15 milyon avro

Finalın qalibi əlavə 4 milyon avro qazanacaq

Qeyd: 2018/19 mövsümündə Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. "Qarabağ" mübarizəyə birinci mərhələdən başlayacaq.

“Keşlə”, “Qəbələ” və “Neftçi”

Avropa Liqasında isə pul mükafatları aşağıdakı kimi təsdiq edilib:

İlkin mərhələdə iştirak üçün – 220 min avro

Birinci mərhələdə iştirak üçün – 240 min avro

İkici mərhələdə iştirak üçün - 260 min avro

Üçüncü mərhələdə iştirak üçün – 280 min avro

Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 300 min avro

Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma əgər onlar mübarizəyə ilkin mərhələlərdən başlayıblarsa, onlara əlavə mükafat veriləcək

AL-in qrupunda iştirak edəcək 48 komandanın hər biri üçün 2,62 milyon avro ayrılıb

Qrupda qələbə üçün – 570 min avro

Heç-heçə üçün – 190 min avro

Qrupun qalibi üçün – 1 milyon avro

Qrup ikincisi üçün – 500 min avro

1/16 finalda iştirak üçün – 500 min avro

1/8 finalda iştirak üçün – 1,1 milyon avro

1/4 finalda iştirak üçün – 1,5 milyon avro

1/2 finalda iştirak üçün – 2,4 milyon avro

Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq

Qeyd: 2018/19 mövsümündə Azərbaycanı Avropa Liqasında “Keşlə”, “Qəbələ” və “Neftçi” təmsil edəcək. Hər üç klubumuz mübarizəyə birinci mərhələdən başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol