Menu

"Boeing" şirkəti İrana təyyarə satışından imtina edib

06.06.2018, 20:40

Boing_DreamLiner_787_020412_02"Boeing" korporasiyası sanksiyalar səbəbindən İrana təyyarə satışından imtina edib.

"Report"un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə "Agence France-Presse"ə (AFP) açıqlamasında "Boeing"in rəsmi nümayəndəsi bildirib.

"Hələ ki, biz İrana təyyarə göndərməmişik. Artıq İranla ticarətə dair lisenziyanın olmaması səbəbindən biz təyyarələri göndərməyəcəyik", - rəsmi nümayəndə deyib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ləğvindən sonra "Boeing" "Iran Air" və "Iran Aseman Airlines" aviaşirkətləri ilə dəyəri 20 mlrd dollaradək olan sazişlər imzalamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol