Menu

Zakir Həsənov NATO-nun toplantısına gedir

07.06.2018, 12:17
Zakir Həsənov NATO-nun toplantısına gedir

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcəkdir.

MN-dən APA-ya verilən məlumata görə, Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik, Zakir Həsənov təmsil edəcək.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol