Menu

Qatardan qopan sistern qarşısına çıxanları parçaladı - Bakıda

22.07.2014, 13:54
Qatardan qopan sistern qarşısına çıxanları parçaladı - Bakıda

Bakıda qatar ağır yol qəzası törədib.

Dünən Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan “VAZ-21011” markalı minik maşınının üzərinə çıxıb. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, sistern “VAZ-21011”i sürüyərək bir neçə metr aparıb. Qarşısına çıxan beton maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılıb. Qəzaya uğrayan qatarın hərbi bazanın olduğu deyilir.

Milli.Az-a danışan hadisə şahidləri deyir ki, qatardan ayrılan sistern o qədər sürətlə gedirmiş ki, teplovoz arxasından xeyli getsə də, çata bilməyib. Minik maşınında olan ata-bala ağır xəsarət alıb. Onları maşından çıxararaq xəstəxanaya aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol