Rusiya heç vaxt G8-ə qaytarılmasını xahiş etməyib və başqa formatlarda danışıqlar üzrə uğurla fəaliyyət göstərir. Bunu “Pervı kanal”ın efirində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Virtualaz.org RBK-ya istinadən xəbər verir ki, Lavrov ABŞ prezidenti Donald Trampın Rusiyanın G8-ə qaytarılması ilə bağlı çağırışını şərh edərkən bildirib: “Biz heç vaxt geri qaytarılmağımızı xahiş etməmişik. Qərb tərəfdaşlarımız G8 formatından əvvəlki G7 formatına keçdikləri zaman biz bu qərarı qıbul etdik və digər foirmatlarda işləyirik”. Rusiya XİN başçısı qeyd edib ki, Rusiya hazırda Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS və G20 formatında fəaliyyət göstərir.
Lavrovun fikrincə, G20 formatı daha perspektivlidir, çünki burada “ultimatumlarla uğur qazanmaq mümkün deyil, razılaşmaq lazımdır”.


Şərhlər