Menu

Ərəb biznesmen Bakıdakı məşhur lüks hoteli aldı

10.06.2018, 16:25
Ərəb biznesmen Bakıdakı məşhur lüks hoteli aldı

Kuveytli investor Bakıda yerləşən "Monolit Plaza” lüks hotelini alıb. Bunu Trend-ə vəziyyətlə tanış olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, hotelin yaxınlarda adı dəyişdirilə bilər: "Ümumilikdə, investor Qəbələdə yeni hotel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin, Bakıda torpaq sahəsini icarəyə götürüb”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur. Əcnəbilərə kənd təsərrüfatı istehsalı üçün icarəyə götürülən torpaq sahəsinin maksimum icarə müddəti 10-15 ildir, digər məqsədlərlə götürülən sahələrə - 99 il.

Daha öncə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, ərəb investorlar Azərbaycanda turistik daşınmaz əmlaka marağı artırıblar. Ağakərimov deyib ki, onların diqqətini təkcə Bakı deyil, həmçinin regionlar da cəlb edir.

Şərhlər

t.ədalət 2018-06-10 16:25:47

İndi hər şey satışa qoyulduğundan varlı ərəb istəsə bütöv Azərbaycanı ala bilər.Pulun və rüşvətin tüğyan etdiyi ölkələrdə hər şey satlıq olur...

SUAL 2018-06-10 16:25:47

OTEL VARSA DEMƏLİ MİLLƏTİN DƏ KEFİNİ COİXARARLAR.CUNKİ ƏKSƏRİYYƏT BUNA HAZİRDİ. COXU AZ QALİR ELƏ KUCƏDƏ SOYUNSUN.ƏLA DƏYİLMİ?

Adsız 2018-06-10 16:25:47

Satın getsin...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol