Menu

Putin terrorizm, İran, Türkiyə və Bəşər Əsəd haqda

10.06.2018, 19:43
Putin terrorizm, İran, Türkiyə və Bəşər Əsəd haqda

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının geniştərkibli iclasında Suriyada terrorizmlə mübarizəyə töhfələrini vermiş ölkələrin adlarını açıqlayıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, Rusiya lideri deyib: “Rusiya, İran, Türkiyə, eləcə də Qazaxıstan daxil olmaqla, bir sıra dövlətlər Suriyada terror fəallığının qarşısını ala bilib”.

Putinin sözlərinə görə, Bəşər Əsəd yanvarda Soçidə əldə edilmiş Suriya Milli Konqresinin bütün razılaşmalarına əməl edir, həmçinin ölkədə yeni konstitusiyanın hazırlanması ilə bağlı komitəyə təkliflər də göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol