Xəbər verdiyimiz kimi, Saatlıda tarlada işləyən şəxslər kütləvi şəkildə zəhərlənib. Pambıq tarlasında işləyən 24 işçi kimyəvi dərmandan zəhərləniblər. Onlardan 20 nəfər Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənən Nadirova Tərbiyyə (1969) və Əliyeva Kəmalə Əlikişiqızı (1974) bacıdırlar. Dadaşova Nuridə (1999) və Dadaşov Baloğlan Əiziz oğlu (2002) isə bacı-qardaşdır.
Dərmandan zəhərlənən 24 nəfərin tam siyahısını təqdim edirik:
Nadirova Tərbiyyə Əlikişiqızı -1969
Əliyeva Kəmalə Əlikişiqızı – 1974
Adilova Şahnaz Əşrəf qızı – 1983
Adilov Əli Akif oğlu – 2001-ci
Dadaşova Nuridə Əziz qızı – 1999
Dadaşov Baloğlan Əiziz oğlu – 2002
Dadaşova Rəhimə Dədəxan qızı – 1981
Hüseynov Vüsal Azad oğlu – 1977
Bədirova Xalidə Muğdət qızı – 1979
Həsənova Güllü Əlimövsüm qızı – 1985
Sadıqova Aynurə Abdulla qızı – 1996
Həsənova Rəna Teyyub qızı – 1973
Əhmədov Etibar Şücayət oğlu – 1997
Dadaşova Lətafət Umudxan qızı – 1982
Şahbazov Elton Elman oğlu – 2000
Tarverdiyeva Aybəniz Əlkömək qızı – 1990
Xalidov Lətif İbrahim oğlu – 1979
Nəcəfov Eltac Allahverdi oğlu – 1996
Məmmədova Həqiqət Qüdrət qızı -1978
Həsənova Elnarə Eltac qızı – 1986
Qardaşova Gülnarə Möhübət qızı – 1984
Nəcəfova Dilarə Fitatxan qızı – 1969
Sabirabad rayonu Nəsimi kənd sakinləri
Sadıqova Banu Adgözəl qızı – 1984
Tarverdiyev Səfalı Arif oğlu – 1979
Qeyd edək ki, zəhərlənənlərdən vəziyyəti ağır olan 4 nəfər Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə yerləşdirilib.
***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova virtualaz.org-a bildirib ki, zəhərlənənlər Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləndən sonra Bakıdan həkim briqadası göndərilib.
Virtualaz.org-un Şirvan bürosu xəbər verir ki, zəhərlənənlər Sabirabad rayonunun Moranlı kəndinin sakinləridir. Onlar günəmuzd pambıq sahələrində çalışırlar. İlkin araşdırmalara görə, kütləvi zəhərlənməyə pambıq sahələrindəki alaq otlarına qarşı istifadə edilən “Meqasun” adlı preparat səbəb olub. Təlimata əsasən, həmin preparation tətbiqindən sonra 10 gün ərzində sahəyə daxil olmaq qadağandır. Lakin təlimata əməl edilməyib, işçilər ertəsi gün işə çıxıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, mayın 7-də Sabirabadın Şəhriyar kəndində pambıq sahəsinə işçi daşıyan traktorun lafeti qoparaq su kanalına düşmüşdü. Nəticədə, bir ailənin iki üzvü olmaqla 7 nəfər dünyasını dəyişmişdi.


Şərhlər
Əgər zəhərlənmə tıtbiq olunan herbisiddən olsaydı sabah həmin
pereparatı sahəyə çiləyən mexanizatorun üç mərasimi olmalıydı
Cox heyif ki cenab prezidentin bu qeder yuksek deyer verdiyi sahede bu cur hallar bash verir. May ayindada bir ailenin faciesi yashandi 6 nefer facieli shekilde vefat etdi pambiq sahesinden qayidarken. ALLAH qorusun milletimi!!!!! Nazir inam kerimov cox diqqetli yanashin bu saheye axi size muhum vezife tapsirilib......kadr deyishmekle ish getmir zeherlemeyin bu milleti ish sergileyin ISH....
PAMBUQCILIQ BOYUK INKIWAFDU,BIZ BUNU TA O, ZAMANDAN BILIRIK.WIROKO WAQAYET AZERBIJAN HELE YADDAN CIXMAYIB