«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhani ilə görüşü zamanı bəyan edib ki, çoxtərəfli mexanizmlər çərçivəsində Çin tərəf İran-Çin münasibətlərinin inkişafını irəli aparmağa və İranla əməkdaşlığı möhkəmlətməyə hazırdır.
Söhbət Şanxay əməkdaşlıq təşkilatı (ŞƏT) liderlərinin bazar günü Tsindao (Çin) şəhərində keçirilən sammiti çərçivəsində baş tutub.
«Çin-İran münasibətlərinin gələcəkdə inkişafı üçün xeyli potensialı var. Çin tərəf İranla birlikdə hərtərəfli strateji tərəfdaşlıq istiqamətində Çin-İran münasibətlərinin irəli aparılmasına hazırdır» - deyə, Si Tsizinpin bəyan edib. Onun söləri Çin xarici işlər nazirliyinin (XİN) saytında dərc olunub.
Çin lideri qeyd edib ki, tərəflər bütün səviyyələrdə təmasıları möhkəmlətməli, daim strateji qarşılıqlı fəaliyyətin səviyyəsini qaldırmalı və hər iki tərəfin köklü maraqlarına cavab verən qarşılıqlı dəstək məsələlərinini irəli aparmalıdırdar.
Si Tsizinpin İranla bğlanmış nüvə sazişinin tam halında yerinə yetirilməsini dəstəklədiyini bildirib.
«İranın nüvə proqramı üzrə Birgə hərtərəfli fəaliyyət planı (BHFP) çoxtərəfli çalışmaların nəticəsidir və bölgəsel sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, həm də beynəlxalq səviyyədə nüvə silahının yayılmaması rejiminin qrunmasına xidmət edir. Saziş tam halında reallaşdırılmalıdır» - deyə, Çin lideri bəyan edib.


Şərhlər