Menu

"Bu addım “xaç və aypara arasında müharibəyə” səbəb olacaq" - Ərdoğan

11.06.2018, 16:17

erdoqan_704cba3ba58a6fd26da4e09e4bf87aTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya hökumətinin yeddi məscidi bağlaması və onlarla imamı deportasiya etməsi ilə bağlı qərarını bir daha sərt tənqid edib. Bununla bağlı “Deutsche Welle” nəşri məlumat yayıb.

Məlumata görə, türk lider bunu “anti-İslam” addımı kimi qiymətləndirib və bəyan edib ki, bununla əlaqədar lazımi tədbirlər görəcək.

“Qorxuram ki, Avstriya kansleri tərəfindən atılan bu addımlar xaç və aypara arasında müharibəyə səbəb olacaq”, - Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

Xatırladaq ki, bundan əvvəl, Avstriya kansleri Sebastyan Kurts yeddi məscidin bağlanacağı və onlarla imamın deportasiya ediləcəyini açıqlamışdı.

Şərhlər

EWDER 2018-06-11 16:17:06

HALAL OISUN ...KIWI ADAM SAN,,LAZIM,,SIZ HAQQI ,EDALETI BERPA EDIRSEN.SAQ ELIN BIZIM BAWIMIZA.SIZINLE FEXR EDIREM

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol