Menu

Putin NATO-ya xəbərdarlıq etdi

22.07.2014, 17:24

putin-powerRusiya prezidenti Vladimir Putin NATO qüvvələrinin Şərqi Avropada gücləndiyini bəyan edərək alyansın addımlarına adekvat cavab veriləcəyini bildirib.

Azvision.az-ın məlumatına görə, bu barədə Putin Rusiya Təhlükəsizlik Şuasının iclasındakı çıxışında bildirib.

Rusiya prezidenti eyni zamanda bildirib ki, Rusiya sərhədləri yaxınlığında NATO-nun aktivləşməsi ilə bağlı rəsmi Moskva Krım yarımadası da daxil olmaqla öz müdafiə qabiliyyətini yüksəldəcək.

“Bizə tez-tez deyirlər ki, raket əleyhinə müdafiə sistemləri (RMS) – müdafiə sistemləridir. Lakin bu belə deyil, onlar əsl hücum sistemləridir. Bu ABŞ hücum sisteminin bir hissəsidir” – deyə, Putin bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol