Menu

Aİ-ABŞ münasibətləri ümumi maraqlara əsaslanacaq - Aİ strukturundakı mənbə

12.06.2018, 00:10
Aİ-ABŞ münasibətləri ümumi maraqlara əsaslanacaq - Aİ strukturundakı mənbə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kanadada keçirilən «G7» sammitində baş verənlərdən sonra, Avropa İttifaqı (Aİ) Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) həmkarları ilə pozitiv qarşılıqlı fəaliyyəti ümumi maraqlar əsasında davam etdirəcək. Bazar ertəsi bu barədə Aİ strukturlarındakı məlumatlı mənbə bəyan edib.

«Aİ ümumi maraqlara əsaslanan pozitiv qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir. Qlobal məsələlər var ki, hamını narahat edir» - deyə, ««Böyük yeddilərin» tarixində bərabəri olmayan hadisədən sonra, Aİ necə fəaliyyət göstərmək niyyətindədir?» - sualına cavab verərkən, həmsöhbət bildirib.

Bununla bərabər, o, qeyd edib ki, bazar ertəsi elan olunmuş rəsmi mövqedən başqa Aİ-nın digər reaksiyası yoxdur.

«Avropa Komisiyasının rəsmi nümayəndəsinin dediklərindən başqa, bizim də mövqeyimiz var və bu mövqe kifayət qədər aydındır» - deyə, mənbə əlavə edib.

Bundan əvvəl, bazar ertəsi Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas jurnalistlərə bəyan edib ki, Aİ «G7» sammitində razılaşdırılmış birgə yekun bəyannaməyə əsaslanır və bundan sonra da beynəlxalq sistemin qaydalarına uyğun fəaliyyət göstərəcək.

Budan da əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ G7 sammitində qəbul olunmuş yekun kommünikeni dəstəkləmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol