Menu

190 azərbaycanlı Alanyada villa alıb - QİYMƏTLƏR

12.06.2018, 10:46
190 azərbaycanlı Alanyada villa alıb -  QİYMƏTLƏR

"Ötən il 47 azərbaycanlı Türkiyənin turizm bölgəsi olan Alanya şəhərində mülk alıb". Modern.az-ın məlumatına görə, bunu Alanya ticarət və sənaye odasının məclis başqanı Mətin Atalay azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Alanya şəhərində 190 azərbaycanlının evi var. M.Atalay qeyd edib ki, Alanya şəhərində evlərin qiyməti 30 min avrodan başlayır.

"Burada evlərin qiyməti yerləşmə yerinə görə fərqlənir. Qiymətlər 30 min avro ilə 1 milyon avro arasında dəyişir. Eyni zamanda qeyd edim ki, Alanyada 27 azərbaycanlı ortaq şirkətə sahibdir. Bundan əlavə, 40 min xarici vətəndaşın da Alanyada evi var”.

Alanyanın turizm imkanlarından söz açan M. Atalay vurğulayıb ki, il ərzində Alanyaya 4 milyona yaxın turist gəlir.

“Nəticədə bölgə turizm mövsümündə 4 milyard dollar gəlir əldə edir”.

Şərhlər

Vətəndaş 2018-06-12 10:46:43

Onların neçəsi YAP-çıdır və hansı vəzifədədir.İnsanlar güçlə ayı başa vuran ölkədə bunu yalnız rüşvət və oğurluğa icazəsi olanlar edə bilər.İnanmayan yoxlasın.

ewder 2018-06-12 10:46:43

turkiyede evler ucuzdu ,maqamdu ,gedib orada inkiwaf etmek

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol