Menu

Deputat İcra Hakimiyyətini ittiham etdi

12.06.2018, 13:38
Deputat İcra Hakimiyyətini ittiham etdi

“Son vaxtlar ekologiya ilə bağlı ciddi problemlər müşahidə edilir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Bakıda ağacların qırılması və yerində göydələnlərin tikilməsi ekoloji durumu pozur.

“Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac qıranlara qarşı cərimələr tətbiq edir. Amma buna rəğmən ağacların qırılması halları davam edir”.

Deputat xatırladıb ki, Göyçayda körpünün çökməsi də ekoloji tarazlığın pozulmasının nəticəsidir:

“Qubada çınqılların daşınması Vəlvələ çayı üzərində olan körpünün uçmasına səbəb oldu. Çınqılların daşınması ilə bağlı lisenziyalar necə verilir? Nəyə görə, yerli icra hakimiyyəti lisenziya verməlidir, amma məsuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi daşımalıdır?”.

Şərhlər

Şəkidən 2018-06-12 13:38:59

Hörmətli Vahid müəllim!Bölgələrin deputatlarıda Sizin kimi öz vəzifəsini yerinə yetirseydilər,Azərbaycanımızın bütün bölgələri inkişaf edərdi və əhalisi də yuxarı instansiyalara şikayət etməzdi.İcra Başçıları özlərini kiçik padşah hesab edirlər və özləri üçün cənnəti-məkan yaradıblar.Bundan başqa xalqın savadlı övladlarınıda ləkələyib kənara tullayıblar? Nazirlərdə işçinin iş fəaliyyətini yoxlayıb qiymət vermək əvəzinə,öz məqsədlərini güdən İcra başçılarının sözünə üstünlük verirlər.
Mənim ailəm məmur özba

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol