Azərbaycanda məktəblərdə hamilə qadınlar sertifikasiyadan keçirilməyəcəklər.
“Report”un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni-67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.
Maddəyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçirilmir.
İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.


Şərhlər
Qanun hamilə və az yaşlı uşağı olan qadınların işdən çıxarılmasını əngəlliyir.Sertifikasiya məsələsində bunun nəzərə alınması göstərir ki,bu "oyun" işdən çıxarma ilə müəllimləri qorxudub rüşvət toplamağa yönəlib.Halbuki dərsliklərdən başlamaq lazım idi.Dərsliklər elə gündədir ki,savadlı müəllimlər səviyyələrini qoruyub saxlamaq üçün onlardan istifadəni özlərinə yaraşdırmırlar."Xalq şairi" adı ilə ədəbiyyata daxil olan və dərsliklərə soxulan uğursuzların əsərlərini uşaqlara necə öyrədəsən?