Menu

İspaniya kralının kürəkəni dəmir barmaqlıqlar arxasında! - Fırıldaqçılıqda ittiham olunub

13.06.2018, 00:11
İspaniya kralının kürəkəni dəmir barmaqlıqlar arxasında!  - Fırıldaqçılıqda ittiham olunub

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla vrdiyi xəbərə görə, İspaniyanın Ali məhkəməsi kral Filippin kürəkəni İnyaki Urdanqarinə hökm çıxarıb. Məhkəmə onu vergi fırıldaqlarında və ictimai fondların bir neçə milyon avro vəsaitini təyinatından yayındırmaqda günahkar sayıb və 5 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Xəbəri «DW» yayıb.

Həm də məlum olub ki, Urdanqarin öz firmasının vasitəsilə «keçirilməmiş tədbirlərdən əldə olunan qonorarlar»ı mənimsəyib.

Cinayət işi üzrə araşdırmalar 2008-ci ildən başlanıb. İttiham tərəfi ona 19 il məhbus həyatı tələb edib.

50 yaşlı İnyaki Urdanqarin (Palma hersoqu) - İspaniya kralının bacısı prinsessa Kristinanın həyat yoldaşı «Noos» adlı qeyri-kommersiya təşkilatına rəhbərlik edib. Bu təşkilatın funksiyaları sırasına İspaniyada idmanın inkişafına dəstək fəaliyyəti də daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol