Menu

Ağdaşda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb

14.06.2018, 13:14
Ağdaşda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb

Ağdaş rayonunda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb.

"Report" xəbər verir ki, iyunun 12-də rayonunun Korarx kəndinin ərazisində, rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol